Xəzər Xəbər

Narkobaron bacılar tutuldu Biri keçmiş məhkumdur

Hadisə | 12:35 • 19 May 2018
Narkobaron bacılar tutuldu
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və "Metamfetamin” aşkar edilib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb.

Ondan 44 qramdan artıq heroin, "Metamfetamin” və 70 ədəd "Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, "Metafetamin” və "AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbər lenti