Xəzər Xəbər

Bakı polisi oğurluq faktının üstünü açdı

Hadisə | 14:43 • 18 May 2018
Bakı polisi oğurluq faktının üstünü açdı
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti