Xəzər Xəbər

Bakıda marketə basqın edilib

Hadisə | 14:04 • 18 May 2018
Bakıda marketə basqın edilib
Aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə həmin gün saat 19 radələrində T.İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul verməsini tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxdığı barədə müraciət daxil olub.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. ​Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib. ​

Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V.Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib.

Xəbər lenti