Xəzər Xəbər

Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxıldı

Hadisə | 11:45 • 18 May 2018
Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxıldı

Şamaxı rayonunda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2010-cu il təvəllüdlü Cavid Vadil oğlu Rəsullu həyətlərindəki alça ağacından yıxılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti