Xəzər Xəbər

Ötən gün 107 cinayət törədilib, 33 nəfər saxlanılıb

Hadisə | 09:41 • 18 May 2018
Ötən gün 107 cinayət törədilib, 33 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.


DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti