Xəzər Xəbər

Azərbaycan tibb tarixində ilk

Hadisə | 18:36 • 15 May 2018
Azərbaycan tibb tarixində ilk

Azərbaycanda ilk dəfə TransAnal Minimal İnvaziv əməliyyat (təbii dəliklərdən endoskopik əməliyyat) həyata keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyatı icra edən ümumi cərrahı, uzman İlqar İsmayılov 67 yaşlı xəstədə düz bağırsağın Maliqnizasiyaya uğramış 6 sm ölçüdə polipi aşkar olunduğunu bildirib.

MRT və EndoUSM müayinələri ilə bu törəmənin əzələ qatına sirayət etmədiyi təsdiqləndikdən sonra TAMİS üsuluna uyğun olduğu qərarına verilib. TransAnal Minimal İnvaziv əməliyyat uğurla icra edilib və xəstə daha geniş və riskli Düz Bağırsaq Rezeksiyası əməliyyatına məruz qalmadan və kolostoma çıxarılmadan bir gün sonra evə yazılıb.

Minimal invaziv cərrahiyyənin gəldiyi ən son inkişaf nöqtələrindən biri olan TAMİS (TansAnal Minimal İnvaziv Surgery) üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir.

TransAnal Minimal İnvaziv cərrahiyyə üsulunun düz bağırsaq əməliyyatlarında daha geniş tətbiq olunma perspektivi var və bu istiqamətdə RMDM-də araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti