Oğuz rayonunda itkin düşmüş yerli sakin tapıb.
"Report"un
Şimal-qərb bürosunun məlumatına görə, mayın 6-da evdən çıxan və geri
qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast
gəlinib.
Qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar.
"Dünən
onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün
ərzində Şəki şəhərində olub. Orada əvvəlllər kirayə yaşadığı evdə qalıb.
İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım
müalicə olunur", - deyə o bildirib.
Lalə
Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən
sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola
salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib.
L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq
istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları
onu sonuncu dəfə Şəki bazarında görmüşdülər.
Qadın
nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə
olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.
L.Nəbilinin 4 yaşlı qız övladı var.