Xəzər Xəbər

Bakıda ağır qəza: yol idarəsinin işçisi həlak oldu - VİDEO

Hadisə | 14:44 • 12 May 2018
Bakıda ağır qəza: yol idarəsinin işçisi həlak oldu -

Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində "Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, hadisə avtomobil yolunun "Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan "Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti avtomobilinə və "Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.


İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti