Xəzər Xəbər

Şabranda qadını soyan şəxs saxlanılıb

Hadisə | 11:45 • 12 May 2018
Şabranda qadını soyan şəxs saxlanılıb

Şabranda qadını soyan şəxs saxlanılıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, mayın 8-də Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək mayın 8-nə keçən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişinin ona məxsus 1517 manat pulu açıq talama yolu ilə götürüb bir qədər getdikdən sonra onu avtomobildən düşürməsini bildirib.


Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti