Xəzər Xəbər

Bakıda söküntü ərazisində faciə - Fəhlə traktorun altında qaldı

Hadisə | 14:19 • 11 May 2018
Bakıda söküntü ərazisində faciə -

Bakıda söküntü sahəsində faciə baş verib.


Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.


Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.


Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. (Trend)

Xəbər lenti