Xəzər Xəbər

Şəkidə 23 yaşlı gəlin qonaq getdiyi evdən qaçdı MÜƏMMALI DETALLAR

Hadisə | 12:51 • 11 May 2018
Şəkidə 23 yaşlı gəlin qonaq getdiyi evdən qaçdı

Ötən gün Şəki rayonu Baş Zəyzid kəndində 23 yaşlı gəlin gecə saatlarında həyat yoldaşı ilə qonaq getdiyi evdən qaçıb.

Şəki rayon Baş Zəyzid kənd icra nümayəndəliyindən verilən məlumata görə, 23 yaşlı Aygün Mustafayeva ailəsi ilə birlikdə Bakıda yaşayıb: "Hadisə haqqında geniş məlumatımız yoxdur. Çünki nə Aygün Mustafayeva, nə də həyat yoldaşı, 29 yaşlı Pərviz Abdullayev bizim kənd sakinləri olmayıblar. Onlar Bakı şəhərində yaşayırdılar. Oğlanın əmisi bizim kəndin sakinidir. Pərviz Abdullayev axşam ailəsi ilə birlikdə əmisini ziyarət etməyə gedib. Saat gec olduğundan əmisigildə qalmalı olublar. Eşitdiyimizə görə, gecə hamı yatdıqdan sonra gəlin pal-paltarın götürüb evdən çıxıb. Heç kim bilmir kiminlə gedib, hara gedib. Onların rəsmi nikahları olmayıb. Özlərini də tanımırdıq. Deyə bilmərik hansı səbəbdən gedib".

Nümayəndəliyin məlumatına görə, Pərviz Abdullayevin atası deyib ki, övladları olmadığı üçün Aygün nikaha razı olmayıb: "Pərviz Abdullayev 6 ildir o xanımla evli olub. Rəsmi nikahı isə Aygün Mustafayeva özü istəməyib. Hadisə ilə bağlı Şəki rayon Polis Şöbəsinə müraciət olunub. Axtarışlar aparılır"./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti