Xəzər Xəbər

Oğuzda 23 yaşlı qadın itkin düşüb

Hadisə | 11:13 • 11 May 2018
Oğuzda 23 yaşlı qadın itkin düşüb

Oğuz rayon sakini itkin düşüb.

XəzərXəbər-in "Report"a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızı mayın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, L. Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görüblər.

S.Nəbiyevin sözlərinə görə, bacısı nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.

Qeyd edək ki, L. Nəbilinin 4 yaşlı qız övladı var. Onu görənlərdən və ya yerini bilənlərdən bu telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: +994-55-474-64-09

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti