Xəzər Xəbər

Qoyun oğruları saxlanılıb

Hadisə | 10:48 • 11 May 2018
Qoyun oğruları saxlanılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini M.Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxsin mayın 1-də həmin kənddə Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən mal bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Xəbər lenti