Xəzər Xəbər

Masallıda DƏHŞƏTLİ YANĞIN: ər-arvad diri-diri yandı - TƏFƏRRÜAT

Hadisə | 09:40 • 8 May 2018
Masallıda DƏHŞƏTLİ YANĞIN:

Masallı rayon Təzə Alvadı kənd bələdiyyə sədri Fəxrəddin Məmmədovun verdiyi məlumata görə, yanğın zamanı evdə 2 azyaşlı uşaq olub:

"Ev 70-ci illərdə tikilmiş, köhnə evlərdən olub. 2 mərtəbəli ev idi. Yanğın gecə saat 2-də evin yuxarı mərtəbəsində başlayıb. Heç kim hiss etməyib. Elə tüstüdən boğulublar, cəsədlər də yanıb. 2 övladları 1-ci mərtəbədə nənələri ilə qalırdılar. Tüstüyə oyanan qadın uşaqları tez evdən çıxarıb. Onlar ciddi xəsarət almayıblar. Yanğının hansı səbəbdən baş verdiyi hələ araşdırılır".

***

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 kv.metr (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti