Xəzər Xəbər

33 yaşlı kişini ilan sancdı

Hadisə | 15:37 • 7 May 2018
33 yaşlı kişini ilan sancdı

Tovuzda 33 yaşlı kişini ilan sancıb.

Rayonun Hunanlar kənd sakini, 1985-ci il təvəllüdlü Novruzov Ramin Viktor oğlu sağ qolundan ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hunanlar kəndindən daha bir nəfəri ilan sancmışdı./apa

Xəbər lenti