Xəzər Xəbər

“Sürücünün arvadı da qəzada ölüb...” - İcra başçısı

Hadisə | 14:28 • 7 May 2018
“Sürücünün arvadı da qəzada ölüb...” -

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şəhriyar kəndində 6 nəfərin ölümünə səbəb olan qəzaya münasibət bildirib.


Xezerxeber.az xəbər verir ki, başçı Bizim Yol-a açıqlamasında hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu qeyd edib:


"Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyal yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdı.”


"Yəni hadisə qəfildən baş verib. Sürücünün ailəsidir. Hazırda araşdırma gedir. Həmi vaxtı İmanov Əjdərin oğlu, İmanov Xalid də hadisə yerində olub, amma sürən Əjdər olub. Araşdırılacaq və günahkar kimdirsə cəzalarını alacaqlar. Mən də hazırda burda, hüzür yerindəyəm. Dəfn mərasiminin bütün xərclərini İcra hakimiyyəti qarşılayacaq.” – Deyə rayon icra başçısı Nazim İsmayılov bildirib.

Xəbər lenti