Xəzər Xəbər

Bakıda yük maşını 5 yaşlı uşağı vuraraq öldürüb

Hadisə | 12:48 • 7 May 2018
Bakıda yük maşını 5 yaşlı uşağı vuraraq öldürüb

Bakıda 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi "QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti