Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb.
DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik
rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı
Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.
Polis
və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən
istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin
gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən
aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə
qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin
meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə
şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.