Xəzər Xəbər

Nazirlik ağac kəsəni 2 min manat cərimələdi

Hadisə | 10:02 • 7 May 2018
Nazirlik ağac kəsəni 2 min manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.


ETSN-dən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Xəbər lenti