Xəzər Xəbər

Botoks etdirən qadının üzü çürüyür ŞOK HƏQİQƏT

Hadisə | 14:53 • 5 May 2018
Botoks etdirən qadının üzü çürüyür

İngiltərənin paytaxtı Londonda 57 yaşlı Karol Kinqskot botoks qurbanı olub. Prosesin yanlış tətbiq edilməsi nəticəsində qadının üzü həddən artıq şişib və amansızcasına döyülmüş kimi rəngi gömgöy olub.

"Mirror”un məlumatına görə qadın üzündə hiss etdiyi ağrının keyidici iynə vurulmadan diş çəkilməsinə bənzədiyini bildirib.

Bu proseduru həyata keçirən Ozan Melin K.Kinqskotun üzünə tərkibi bilinməyən maddə vurub. O, bu iddianı rədd etsə də, hazırda tərkibi bilinməyən təhlükəli maddə ilə insanların sağlamlığına zərər vurmaqla təqsirləndirilir. Belə ki, K.Kinqskotdan başqa o, daha iki qadını da eyni vəziyyətə salıb.

K.Konqskotun sözlərinə görə ilk dəfə 2011-ci ildə O.Melinə müraciət edib. İlk dəfə alın və göz nayihəsinə botoks etdirib. Effektini hiss etmədiyindən bir həftə sonra yenidən Melinin yanına gedib. Onun sözlərinə görə, ikinci dəfə prosedur tətbiq ediləndən sonra iynəni çıxaranda sızıltı hiss edib:

"Prosedurdan sonra üzümdə qəribə bir istilik hiss edirdim. Sanki bir saat günəş şüaları altında qalmışdım. Qısa müddət sonra üzüm şişib çürüməyə başladı. Ağrıkəsici qəbul etdim, üzümü soyuq su ilə yusam da heç bir təsiri olmadı. Bir gün sonra güzgüyə baxanda özümü tanımadım. Gözlərim tam bağlanmışdı. Üzüm sanki donub qalıb. Artıq güzgüyə baxa bilmirəm”./publika.az

Xəbər lenti