Xəzər Xəbər

Gəncədəki yanğınla bağlı rəsmi məlumat

Hadisə | 14:05 • 5 May 2018
Gəncədəki yanğınla bağlı rəsmi məlumat
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.


XəzərXəbər-in nazirliyin saytına istinadən xəbərinə görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti