Xəzər Xəbər

Keçmiş məhkum narkotiklə tutuldu

Hadisə | 10:56 • 5 May 2018
Keçmiş məhkum narkotiklə tutuldu
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Akif Şirinovun yaşadığı evdən ümumi çəkisi 18, 570 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti