Xəzər Xəbər

Göyçayda oğurluq edən qardaşlar tutulub

Hadisə | 14:27 • 4 May 2018
Göyçayda oğurluq edən qardaşlar tutulub
Mayın 3-də Göyçay Rayon Polis Şöbəsinə aprel ayının 26-da Qarayazı kəndi ərazisində MMC-lərdən birinə məxsus 360 metr alüminiumdan olan elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların İmişli rayon sakinləri Ataməli İsmayılov, Tapdıq Quliyev, Yalçın Səfiyev, Amil Səfərov, Ağayar Şərifov və onun qardaşı Əlverdi olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il aprel ayında Qarayazı kəndi ərazisində dayaqlararası ümumilikdə 860 metr alüminiumdan olan elektrik naqilini kəsərək oğurlamaları da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti