Xəzər Xəbər

Qubada 650 qram çəkidə doğulan uşaq 52 gün sonra...

Hadisə | 13:29 • 30 Aprel 2018
Qubada 650 qram çəkidə doğulan uşaq 52 gün sonra...

Qubada 650 q doğulan oğlan uşağının çəkisi 52 gün ərzində 1620 qrama çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, martın 7-də Quba Regional Perinatal Mərkəzdə 26 həftəlik hamiləlikdən doğulan uşaq həkimlərin səyi nəticəsində artıq sərbəst tənəffüs edir, 25 ml südü əmir və qidanı mənimsəyir.

"Ekstremal az çəkidə doğulan uşağın boyu 2 aya yaxın müddətdə müntəzəm olaraq artıb, kliniki-laborator müayinələrin nəticələri artıq norma daxilindədir.

Ölkəmizdə fəaliyyət göstərən Perinatal Mərkəzlərdə, Doğum evlərində, III səviyyəli doğuşayardım tibb müəssisələrində yaradılan şərait problemli doğuşlar zamanı əksər hallarda yüksək nəticə əldə etmək imkanını artırır.

Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensiyalı gücləndirilib”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti