Xəzər Xəbər

Vətəndaşlardan silah-sursat götürülüb

Hadisə | 14:14 • 28 Aprel 2018
Vətəndaşlardan silah-sursat götürülüb

Vətəndaşlardan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Fərzəliyevdən "Makarov” markalı tapança, 2 ədəd güllə darağı və 14 ədəd patron, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Şirvan şəhər sakini Orxan Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.

Sabunçu rayonunun Nardaran qəsəbə sakini İsmayıl Allahverdiyev "İJ-16” markalı nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Aprelin 27-də Oğuz rayonunun Xaçmaz kəndində yaşayan Aynur Saadova evdə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Oğuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti