Xəzər Xəbər

Xaçmazda avtomobil 4 piyadanı vurub

Hadisə | 13:43 • 28 Aprel 2018
Xaçmazda avtomobil 4 piyadanı vurub

Xaçmazın "Bakı” prospektində 4 piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.


Qəza nəticəsində Xaçmaz şəhər sakinləri, 1974-cü il təvəllüdlü İmamverdiyeva Şəlalə Baba qızı, 1965-ci il təvəllüdlü Əliyeva Gülçöhrə Mehdi qızı, 1960-cı il təvəllüdlü Bünyadova Xanım Ovçu qızı və 1956-cı il təvəllüdlü Mustafayeva Esmira Nuru qızı xəsarət alıb.

Xəsarət alan şəxslərin müalicəsi Xaçmaz Mərkəzi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti