Xəzər Xəbər

Bakıda Formula yarışlarında QƏZA Bolid yanmaqdan son anda qurtuldu

Hadisə | 12:57 • 27 Aprel 2018
Bakıda Formula yarışlarında QƏZA

Bu gün Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk günündə Formula 2 sinfində avtoyürüşlərin sərbəst yürüş sessiyası zamanı qəza baş verib.

"BWT Arden” komandasının pilotu Maksimilian Günterin idarə etdiyi boliddə alışma baş verib.

Lakin marşalların köməyi ilə bolidin yanmasının qarşısını almaq mümkün olub. (trend)


Xəbər lenti