Xəzər Xəbər

29 yaşlı kişini əqrəb sancdı

Hadisə | 10:23 • 27 Aprel 2018
29 yaşlı kişini əqrəb sancdı

Tovuz rayon sakinini əqrəb sancıb.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.

Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Xəbər lenti