Lənkəran Şəhər-Rayon
Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə
saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla
rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə
onların aradan çıxdıqlarını bildirib.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti
törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Araşdırmalar
zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən
edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq)
maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.