Xəzər Xəbər

Xaçmaz sakini həmkəndlisini bıçaqladı

Hadisə | 11:52 • 24 Aprel 2018
Xaçmaz sakini həmkəndlisini bıçaqladı
Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, P.Məmmədov ilkin izahatında xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində dəmir parçasının üzərinə yıxılması nəticəsində aldığını bildirib. ​Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla P.Məmmədovla həmkəndlisi İlqar İbrahimov arasında münaqişə baş verdiyi, bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

​Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb. ​Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. ​Araşdırma aparılır.

Xəbər lenti