DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən XəzərXəbər-ə bildirilib ki, məlumatla əlaqədar Kəpəz
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata
keçirilib və Sadıllı qəsəbəsində yaşayan A. Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz
Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər
sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb. Faktla bağlı
araşdırma aparılır.