Xəzər Xəbər

Bakı metrosunda problem: Sıxlıq yarandı

Hadisə | 09:45 • 24 Aprel 2018
Bakı metrosunda problem:
Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq müşahidə edilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarlardan birinin qapısında nasazlıq yaranıb və həmin qatar xəttdən kənarlaşdırılıb.


Bu səbəbdən qatarlararası interval artıb. "Stansiyalarda sıxlıq yaranıb. Hazırda problem aradan qaldırılıb" -deyə N.Paşayev vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar