Xəzər Xəbər

Şirvanda su sayğaclarını oğurlayan dəstə tutuldu

Hadisə | 13:30 • 23 Aprel 2018
Şirvanda su sayğaclarını oğurlayan dəstə tutuldu

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış bınalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub.


Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək "isti izlər”lə saxlanılıblar.


Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.


Su sayğaclarının bir qismi polis əməksdaşları tərəfindən maddi sübut kimi götürülüb.


Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti