Xəzər Xəbər

Maştağa sakini küt alətlə öldürülüb

Hadisə | 12:49 • 23 Aprel 2018
Maştağa sakini küt alətlə öldürülüb

Maştağada qətl törədilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar