Xəzər Xəbər

Bu il qanunsuz ov edən 240 nəfər cərimələnib

Hadisə | 12:53 • 20 Aprel 2018
Bu il qanunsuz ov edən 240 nəfər cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, cari ilin ötən 3 ayında keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 240 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 26 min manata yaxın cərimə tətbiq edilib.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) və 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddələrinin tələblərini pozmuş 10 nəfər barəsində inzibati tədbir görülüb, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti