Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Hadisə | 09:23 • 19 Aprel 2018
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 26-ı "isti izlər”lə açılıb.


DİN mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər lenti