Xəzər Xəbər

Prokurorluq Cəlilabaddakı zorakılıqla bağlı məlumat yaydı

Hadisə | 18:05 • 18 Aprel 2018
Prokurorluq Cəlilabaddakı zorakılıqla bağlı məlumat yaydı

Cəlilabad rayon prokurorluğu rayonda baş verən seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan XəzərXəbər-ə verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti