Xəzər Xəbər

Oğurluğa görə tutuldular, başqa cinayətləri üzə çıxdı

Hadisə | 13:34 • 18 Aprel 2018
Oğurluğa görə tutuldular, başqa cinayətləri üzə çıxdı
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin "VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Kəpəz və Nizami rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların aprelin 12-də və 15-də şəhər ərazisində 3 avtomobildən akkumulyator, habelə digər "VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları da müəyyən edilib. ​Araşdırma aparılır.

Xəbər lenti