Xəzər Xəbər

Toya gedirdilər, maşın aşdı - 20 nəfər öldü, 30 yaralı

Hadisə | 09:58 • 18 Aprel 2018
Toya gedirdilər, maşın aşdı -

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında yük maşınının körpüdən aşması nəticəsində 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.


İnsident ötən gecə Bxopal şəhərinin 570-ci kilometrliyində baş verib.


Ölənlər və yaralananlar kəndə toya gedirlərmiş. İlkin ehtimala görə, sürücü körpü üzərinə çıxarkən idarəetməni itirərək dəmir məhəccərə dəyib və körpüdən aşıb. 15 nəfər yerindəcə dünyasını dəyişib.


Hadisə yerində xilasetmə əməliyyatları aparılır. (Trend)

Xəbər lenti