Xəzər Xəbər

Özbəkistanda ağır qəza: 8 nəfər həlak olub

Hadisə | 14:58 • 9 Aprel 2018
Özbəkistanda ağır qəza: 8 nəfər həlak olub

Özbəkistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səmərqənd vilayətində iki avtomobilin toqquşması nəticəsində səkkiz nəfər həlak olub.


Qəza vilayətin Payarık rayonunda "Chevrolet Cobalt” markalı avtomobilin əks yola çıxaraq "Daewoo Nexia” ya çırpılması nəticəsində baş verib.


Xatırladaq ki, bir neçə gün əvvəl Səmərqənd vilayətinin Paxtakor rayonunda da səkkiz nəfərin ölümü ilə nəticələnmiş qəza baş verib. (AZƏRTAC)

Xəbər lenti