Xəzər Xəbər

Bakı metrosunda QƏRİBƏ OLAY Telefona görə özünü təhlükəyə atdı

Hadisə | 14:50 • 9 Aprel 2018
Bakı metrosunda QƏRİBƏ OLAY

Bakı metrosunun "Koroğlu" stansiyasında sərnişin qatar yoluna düşüb.

Hadisə sərnişinlərin metroda sıxlıq təşkil etdiyi vaxta təsadüf edib.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib: "Deməli, "Koroğlu"nun ən basabas vaxtında sərnişinin telefonu düşüb relslərin üstünə. O da eləmə tənbəllik, bir göz qırpımında düşüb telefonu götürüb çıxıb. Təbii ki, o qədər basabas olub ki, onun bu hərəkətini bir çox insan, hətta bizim nəzarətçi də görməyib. Gözünə döndüyüm qardaş bilib ki, belə etmək olmaz, qadağandır, yaxınlaşıb bizim işçiyə ki, bəs, mən düşüb telefonu götürüb çıxdım. Həqiqətən, çox vicdanlı sərnişin olub. Baxmayaraq ki, bizim növbətçi polis çağırıb onu təhvil verib polisə. Yəqin, inzibati tənbeh edib buraxacaqlar".

Rubrikanın digər xəbərləri

Xəbər lenti