Xəzər Xəbər

Keçmiş məhkum yenidən cinayət törətdi

Hadisə | 13:26 • 7 Aprel 2018
Keçmiş məhkum yenidən cinayət törətdi
Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti