Xəzər Xəbər

Bakıda oğru iş başında tutuldu

Hadisə | 13:22 • 7 Aprel 2018
Bakıda oğru iş başında tutuldu
Aprelin 6-da saat 3 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.


DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti