Azərbaycanın daxili
işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin
6-da həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik
vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi
əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyevdən çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.
Yevlax
Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd
sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədovun həyətyanı sahəsindən
kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək
götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.