Xəzər Xəbər

Sumqayıtda avtomobil təmiri sexində yanğın baş verib

Hadisə | 10:33 • 5 Aprel 2018
Sumqayıtda avtomobil təmiri sexində yanğın baş verib

Sumqayıt şəhərində ümumi sahəsi 1700 kvadratmetr olan avtomobil təmiri sexində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində sexin 100 kvadratmetri, içəridə olan 3 ədəd minik avtomobilinin hissələri qismən yanıb. Sexin qalan hissəsi və digər 3 minik avtomobili yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti