Xəzər Xəbər

"YouTube" videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb

Hadisə | 09:17 • 4 Aprel 2018
"YouTube" videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb

«YouTube» videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub. Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.

Xəbər lenti