Xəzər Xəbər

Bakı-Rostov yolunda DƏHŞƏT: Sevgilisini vəhşicəsinə öldürdü

Hadisə | 16:39 • 2 Aprel 2018
Bakı-Rostov yolunda DƏHŞƏT:

Dağıstanda Bakı-Rostov trasında dəhşətli hadisə baş verib. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 25 yaşlı gənc sevgilisini daşla başına çırpa-çırpa öldürüb. Məlumata görə, hadisə trasın Xasavyurt şəhərindən keçən hissəsində baş verib. Taksidən düşən gənc və sevgilisi əvvəl mübahisə ediblər. Sonra isə gənc qadını yerə yıxan sevgilisi onu təpikləməyə başlayıb. Bununla da ürəyi soyumayan gənc oğlan yolun kənarından tapdığı iri daş parçalarıyla sevgilisinin başına vurmağa başlayıb. Bir neçə zərbədən sonra qadın keçinib.

Dağıstan İstintaq Komitəsinin məsul işçisi Rəsul Temirbekovun bildirdiyinə görə, artıq qatil tutulub. Onun barəsində "qəsdən adam öldürmə” maddəsiylə cinayət işi açılıb.

Xəbər lenti