Xəzər Xəbər

Şəmkirdə ağır yol qəzası: ölən var

Hadisə | 12:26 • 2 Aprel 2018
Şəmkirdə ağır yol qəzası: ölən var

Martın 31-də saat 8 radələrində Şəmkir rayonunun 20 Yanvar küçəsində şəhər sakinləri Rizvan Bayramovun idarə etdiyi "Priora” və Qadir Niftalıyevin idarə etdiyi "VAZ-2104” markalı avtomobillər toqquşub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, nəticədə Q.Niftalıyevin sərnişini - arvadı Lyubov Niftalıyeva hadisə yerində ölüb, özü və R.Bayramovun sərnişini Tural Kərimov xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti