Xəzər Xəbər

Azərbaycan yollarında 2 gündə 9 nəfər öldü

Hadisə | 10:10 • 2 Aprel 2018
Azərbaycan yollarında 2 gündə 9 nəfər öldü

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il mart ayının 31-dən aprelin 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN-nin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 37-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Rəsmi məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar