Xəzər Xəbər

Çaylarında sululuq səviyyəsi dəyişdi Artım müşahidə olunur

Hadisə | 11:43 • 1 Aprel 2018
Çaylarında sululuq səviyyəsi dəyişdi

Son günlərdə çaylarda sululuq səviyyəsi dəyişib.

XəzərXəbər xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumatda yayıb.

Məlumata görə, bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın Gəncə-Qazax və Naxçıvan MR çaylarında sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-200, Kiçik Qafqazın çaylarında 220-340, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 424 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 49 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 16, Salyanda 22, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2017-ci il martın 30-da 370 sm), Şirvanda 157 sm (2017-ci il martın 30-da 229 sm), Salyanda 81 sm (2017-ci il martın 30-da 150 sm), Bankədə 167 sm (2017-ci il martın 30-da 170 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il martın 30-da 73 sm) təşkil edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti